Əsas Səhifə > Dünya > Qazaxıstanda matəm elan olundu
Qazaxıstanda matəm elan olundu27-12-2019, 13:31 |
Almatıda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin xatirəsinin yad etmək məqsədi ilə dekabrın 28-i Qazaxıstanda ümummilli matəm günü elan olunub. Şəffaflıq.az xəbər verir ki, bunu Qazaxıstan prezidentinin mətbuat katibi Berik Kurmanqali bildirib. Ölkə prezidenti Kasım-Jomart Tokayev bununla bağlı sərəncam imzalayıb. Qeyd edək ki, Qazaxıstanın "Bek Air" şirkətinə məxsus təyyarə dekabrın 27-də Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb.Hava gəmisində 95 sərnişin və 5 heyət üzvü olub. Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar üzrə Komitəsinin nümayəndəsi Nursultan Nuraxmetov deyib ki, qəza nəticəsində 12 nəfər ölüb, 49 nəfər xəsarət alıb. Geri qayıt |