Əsas Səhifə > SİYASƏT > Bələdiyyə iclaslarının keçirilməsinə dair yeni prosedur müəyyənləşib
Bələdiyyə iclaslarının keçirilməsinə dair yeni prosedur müəyyənləşib2-12-2024, 14:47 |
Bələdiyyə iclaslarının keçirilməsinə dair yeni prosedur müəyyənləşib. Şəffaflıq.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlara təklif edilən dəyişikliklə mümkün olub. Dəyişikliyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiq edilməsi və bələdiyyə iclasının iclas zalında bilavasitə iştirak etməklə keçirilməsini mümkünsüz edən digər hallarla əlaqədar bələdiyyə iclasları həmin dövr üçün videokonfrans əlaqə sistemi vasitəsilə keçirilə bilər. Geri qayıt |