Əsas Səhifə > XARİCİ XƏBƏR > Belarus ordusu ölkədə hazırlanmış və “Starlink”in analoqu adlandırılan mobil rabitə dəstini alacaq.

Belarus ordusu ölkədə hazırlanmış və “Starlink”in analoqu adlandırılan mobil rabitə dəstini alacaq.


Bu gün, 09:31


Dekabr ayına qədər Belarus ordusu ölkədə hazırlanmış və “Starlink”in analoqu adlandırılan mobil rabitə dəstini alacaq.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Belarus Silahlı Qüvvələrinin rabitə rəisi Vadim Romaniv “Belarus 1” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, kəşf Belarus prezidentinə ötən il təqdim edilib: “Bu il biz bu dəsti demək olar ki, mükəmməl şəkildə inkişaf etdirdik və keyfiyyətini, göstərilən xidmətlərin sayını artırdıq”.

Rabitə rəisi vurğulayıb ki, dekabrda orduda başlayacaq yeni tədris ili başlamazdan əvvəl Belarus Silahlı Qüvvələrinə yeni rabitə dəsti veriləcək.


Geri qayıt