Əsas Səhifə > MILLI MƏCLİS > Milli Məclis AÇG ilə bağlı yeni sazişə İkinci Qoşmanı təsdiq edib
Milli Məclis AÇG ilə bağlı yeni sazişə İkinci Qoşmanı təsdiq edibBu gün, 12:00 |
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma”nın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi təsdiq edilib. Şəffaflıq.az xatırladır ki, sənəd parlamentə Prezident İlham Əliyevin adından daxil olub. İkinci qoşma bu il avqustun 1-də Bakıda Dövlət Neft Şirkəti (SOCAR) ilə Azərbaycan (AÇG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Ekvinor Abşeron AS, Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., MOL Azərbaycan, Ltd., ONGC Videş Limited, Türkiye Petrolleri A.O. arasında imzalanıb. Geri qayıt |