Əsas Səhifə > İdman > "Mançester Siti" Sane ilə bağlı qərarını verdi
"Mançester Siti" Sane ilə bağlı qərarını verdi26-12-2019, 21:27 |
"Mançester Siti" "Bavariya"nın transfer etmək istədiyi Leroy Saneylə bağlı qərarını verib. Şəffaflıq.az goal.az-a istinadən xəbər verir ki, "şəhərlilər" 23 yaşlı yarımmüdafiəçini yanvarda satmayacaq. Bu barədə "The Mirror" nəşri məlumat yayıb. "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Sanenin ən azı mövsümün sonuna qədər komandada qalmasını istəyib. "Bavariya" mövsümün əvvəlində Saneni transfer etmək istəsə də, futbolçunun zədələnməsi planları pozmuşdu. Almaniya mətbuatının xəbərinə görə, Münhen təmsilçisi qış transfer pəncərəsi dövründə Sane üçün yenidən rəsmi təklif göndərəcək. "Mançester Siti" ilə 2021-ci ilin yayına qədər müqaviləsi olan Sane, zədə səbəbindən bu mövsüm Premyer Liqada heç bir oyunda iştirak etməyib. Şəffaflıq.az Geri qayıt |