Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Əmək münasibətlərində gender bərabərliyinə dair maarifləndirmə tədbiri keçirilib
Əmək münasibətlərində gender bərabərliyinə dair maarifləndirmə tədbiri keçirilibDünən, 21:10 |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Əmək Müfəttişliyi Xidmətinin birgə təşkilatçılığı ilə Bakıda “Əmək münasibətlərində gender bərabərliyi - bərabər hüquqlar və bərabər imkanlar” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Şəffaflıq.az xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının, Dövlət Məşğulluq Agentliyinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə məqsəd əmək münasibətlərində gender bərabərliyinin təmin edilməsi müzakirə edilib. Həmçinin qadınların əmək bazarında iştirak imkanlarının artırılması üçün əmək qanunvericiliyində edilmiş son dəyişikliklərlə bağlı məlumatlandırma aparılıb. Tədbirdə dövlət və özəl təşkilatlardan olan 150-ə yaxın işəgötürən təmsil olunub. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun “2023-cü il üzrə Fəaliyyət Planı”nın icrası çərçivəsində keçirilən bu maarifləndirmə tədbirlərinin Azərbaycanın bütün iqtisadi rayonlarında keçirilməsi nəzərdə tutulub. Geri qayıt |