Əsas Səhifə > MILLI MƏCLİS > Azərbaycanda müharibə iştirakçılarının qruplaşdırılması təklif olunur
Azərbaycanda müharibə iştirakçılarının qruplaşdırılması təklif olunurBu gün, 11:45 |
Azərbaycanda müharibə iştirakçıları qruplaşdırılmalı, döyüşlərdə qısa və uzun müddət iştirak etmiş şəxslər arasında fərq qoyulmalıdır. Şəffaflıq.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. "Düşünürəm ki, döyüşlərdə qısa və uzun müddət iştirak edən şəxslər arasında fərqin müəyyən edilməsi daha ədalətli olardı. O zaman müəyyən kateqoriyalara ayrılan vəsaitin nəzərdən keçirilməsinə də baxa bilərik", - deyə o qeyd edib. Bundan başqa, deputat təklif edib ki, gələcəkdə qadınların pensiya yaşlarına yenidən baxılsın: "Bu gün reallıq ondan ibarətdir ki, insanlar, xüsusilə qadınlar müəyyən bir yaşa gəldikdən sonra iş tapmaqda əziyyət çəkirlər. Bu məsələ ilə də bağlı bizə çoxlu müraciətlər var". Geri qayıt |