Əsas Səhifə > Dünya > Putin Koçaryana daha bir məktub yazdı

Putin Koçaryana daha bir məktub yazdı


26-12-2019, 17:07

 

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın həbsdə olan sabiq rəhbəri Robert Koçaryana təbrik məktubu göndərib.

Şəffaflıq.az virtualaz.org-a istinadən bildirir ki, Putin keçmiş həmkarını Milad və Yeni il bayramı münasibətilə təbrik edib.

Məktubda deyilir: "Rusiya dövlətlərimiz arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafındakı töhfənizi yüksək qiymətləndirir".

Putin, həmçinin Koçaryana möhkəm cansağlığı, dözüm və nikbinlik arzulayıb.
Geri qayıt