Əsas Səhifə > MALİYYƏ > AMB ilk dəfə işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib
AMB ilk dəfə işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası veribBu gün, 10:16 |
Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin Xankəndi filialına bank fəaliyyəti üçün lisenziya verib. “Report” bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, bununla da bank lisenziya almış poçt filiallarının sayı 38-ə çatıb. Xankəndi filialı işğaldan azad edilmiş ərazilərdə bu cür lisenziya almış ilk poçt filialıdır. Obyekt Xankəndi şəhəri, İsmət Qayıbov küçəsi, 30 ünvanında yerləşir. Lisenziya noyabrın 18-də verilib. Geri qayıt |