Əsas Səhifə > SİYASƏT > DSX-nin zabiti: Sərhəd pozucularına qarşı odlu silahın tətbiqi son zərurətdir
DSX-nin zabiti: Sərhəd pozucularına qarşı odlu silahın tətbiqi son zərurətdirDünən, 15:01 |
Sərhəd pozucularına qarşı odlu silahın tətbiqi son zərurətdir. Report"un Qazaxa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Qazax" Əlahiddə Sərhəd Diviziyasına təşkil olunan mediatur zamanı Babəkar Sərhəd Zastavasında Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının hərbi qulluqçusu, baş leytenant Qoşqar Behbudzadə deyib. O bildirib ki, DSX-nin Sərhəd Qoşunları istənilən şəraitdə peşəkar heyəti, gecəgörmə cihazları, dronlar, termal kameralar, eləcə də son nəsil texnoloji vasitələrlə dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirir: "Eyni zamanda, bizdə “KS 205” müşahidə sistemləri mövcuddur. Həmin sistemlər vasitəsilə çətin relyefdə sərhəd pozucuları vaxtında aşkar olunur. Dövlət sərhədinin toxunulmazlığı daim nəzarətimizdədir. Sərhədlərimizi etibarlı şəkildə mühafizə və müdafiə edirik. Sərhəd pozucularına qarşı odlu silah son zərurət vasitəsidir. Onlarla mübarizə hüquq-mühafizə orqanlarının təlimatına uyğun tənzimlənir. Sərhəd pozucuları dövlət sərhədini pozmağa cəhd göstərdikdə, silahlı müqavimət göstərdikdə və digər hallarda sərhəd naryadı qanunla müəyyən olunmuş qaydalarla silah tətbiq edir”. Geri qayıt |