Əsas Səhifə > Hadisə > Gəncədə ər və arvadı bıçaqlanıb, onlardan biri ölüb

Gəncədə ər və arvadı bıçaqlanıb, onlardan biri ölüb


Bu gün, 10:26


Gəncə şəhərində iki nəfər mübahisə zəminində bıçaqlanıb.

Şəffaflıq.az-ın məlumatına görə, bıçaq xəsarəti alan 1968-ci il təvəllüdlü Hüseynova Ulduz Elburus qızı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, onun həyat yoldaşı 1969-cu il təvəllüdlü E.Hüseynov da bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.

Şəxsi münasibətlər zəmnində hadisəni törətməkdə şübhəli bilinən bıçaqlananların qohumu, 1982-ci il təvəllüdlü Rəşad Abbasov isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt