Əsas Səhifə > MALİYYƏ > Azərbaycanda yerli istehsal avtobusların satışı ƏDV-dən azad edilir

Azərbaycanda yerli istehsal avtobusların satışı ƏDV-dən azad edilir


Dünən, 11:46


Azərbaycanda yerli istehsal avtobusların satışı və ehtiyat hissələrinin idxalı ƏDV-dən azad ediləcək.

Şəffaflıq.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı layihəsində öz əksini tapıb.

Sənədə əsasən, Azərbaycan ərazisində istehsal olunan avtobusların satışı, habelə müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı gələn il yanvarın 1-dən 8 il müddətinə ƏDV-dən azad edilir.


Geri qayıt