Əsas Səhifə > SAĞLAMLIQ > Azərbaycanda zoonoz xəstəliklərin qarşısının alınmasına dair strategiya hazırlanıb

Azərbaycanda zoonoz xəstəliklərin qarşısının alınmasına dair strategiya hazırlanıb


19-11-2024, 10:19


Azərbaycanda "Vahid Sağlamlıq” konsepsiyası tətbiq edilməklə zoonoz xəstəliklərin qarşısının alınması və nəzarətin gücləndirilməsinə dair 2025-2030-cu illər üzrə Milli Strategiya” layihəsi hazırlanıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Zəkiyyə Mustafayeva COP29 çərçivəsində baş tutan "Vahid Sağlamlıq Konfransı" adlı tədbirdə deyib

Onun sözlərinə görə, iqlim dəyişikliyi yeni infeksiyalara səbəb ola bilər:

"Bu səbəbdən "Vahid Sağlamlıq Konsepsiyası" hazırda əhəmiyyətlidir. Aidiyyəti sektorların qarşılıqlı fəaliyyəti mühümdür. Azərbaycanda zoonoz epidemiyaların aşkarlanması və çevik tədbirlər üçün aidiyyəti qurumlar birgə fəaliyyət göstərir. Böhran vəziyyətinin idarə olunması və mübarizə üçün vahid platformanın tətbiqi ilə Milli Strategiya layihəsi hazırlanıb".


Geri qayıt