Əsas Səhifə > Dünya > Prezident beş generalı işdən çıxardı - Siyahı

Prezident beş generalı işdən çıxardı - Siyahı


25-12-2019, 22:20


 

Rusiya Prezidenti Vladimir Putin bir sıra nazirliklərin generallarını işdən azad edib. 

Şəffaflıq.az  RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədəd Putin sərəncam imzalayıb.

Sərəncamla işdən çıxarılan generalların siyahısı: 

- Daxili İşlər Nazirliyinin Moskva Metropolitenində Baş İdarəsinin rəisi general Nikolay Savçenko;

- Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin rəis müavini, daxili xidmət general-mayoru Vyaçeslav Bolqov;

- Daxili İşlər Nazirliyinin Voronej vilayəti üzrə Baş İdarəsinin müavini, ədliyyə general-mayoru Vyaçeslav Vorontsov;

- Daxili İşlər Nazirliyinin Kriminalistika Baş İdarəsinin rəis müavini general-mayor Sergey Ryabov;

- Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sankt-Peterburq Universiteti üzrə rəhbəri, daxili xidmət general-leytenantı Eduard Çijikov.

Rusiya prezidentinin digər sərəncamı ilə bu generallar yeni vəzifələrə təyinat alıblar:

- Daxili didmət general-mayoru Vladimir Denejkin Yanğınsöndürmə İdarəsi rəisinin müavini - Fövqəladə Hallar Nazirliyinin Xüsusi İdarəsinin rəisi;

- Polis general-mayoru Leonid Kolomiyets, Daxili İşlər Nazirliyinin Tümen vilayəti üzrə İdarəsinin rəisi;

- Polis general-mayoru Aleksandr Pryadko, Daxili İşlər Nazirliyinin Arxangelsk vilayəti üzrə İdarəsinin rəisi.




Geri qayıt