Əsas Səhifə > SİYASƏT > Son on ayda 181 qadın narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib

Son on ayda 181 qadın narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib


18-11-2024, 12:31


2024-cü ilin yanvar-oktyabr ayları ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən 6 min 247 nəfərdən 6 min 66-sı kişi, 181-i qadın olub.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-oktyabr aylarının yekununa dair məlumatda qeyd olunub.

Bildirilib ki, onlardan 16-18 yaşadək bir nəfər,18-25 yaşadək 463 nəfər, 20-25 yaşadək iki nəfər, 26-29 yaşadək 946 nəfər, 30 yaş və ondan yuxarı isə 4 min 835 nəfər təşkil edir.


Geri qayıt