Əsas Səhifə > SİYASƏT > Dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarına ayrılacaq xərclərin məbləği məlum olub

Dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarına ayrılacaq xərclərin məbləği məlum olub


18-11-2024, 11:46


2025-ci il dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarının xərcləri ilə bağlı 3 milyard 205,1 milyon manat ayrılması nəzərdə tutulur.

Şəffaflıq.az xəbər verir ki, bu barədə 2025-ci ilin dövlət büdcəsi zərfində qeyd olunub.

Sənəddə qeyd edilib ki, ayrılan məbləğdən məhkəmə hakimiyyətinin saxlanılması üçün - 151 milyon, hüquq mühafizə ilə bağlı 2 milyard 314, 3 milyon manat dövlət büdcəsindən ayrılacaq.

Bundan başqa prokurorluq orqanların saxlanılması üçün 126 milyon 695 min manat, məhkəmə qərarlarının icrası - 10 milyon manat, hüquqi yardımla bağlı isə 6 milyon 61 min manat dövlət büdcəsindən ayrılacaq.

Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq sahələrinə aid edilən digər fəaliyyətlər üçün isə 597 milyon 129 min manat nəzərdə tutulub.


Geri qayıt