Əsas Səhifə > MALİYYƏ > Azərbaycanda subsidiya ödənişi 26 % artırılır
Azərbaycanda subsidiya ödənişi 26 % artırılır18-11-2024, 11:33 |
2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən 46 istiqamətdə 1 milyard 321,2 milyon manat subsidiya ödənişi proqnozlaşdırılır. Şəffaflıq.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir. Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 26,1 % çoxdur. Gələn il dövlət müəssisələrinə subsidiyalarda azalma, qeyri-dövlət müəssisələrinə və hüquqi şəxslərə subsidiyalarda isə artım nəzərdə tutulur. 2024-cü ildə olduğu kimi, 2025-ci ildə də hüquqi şəxslərə subsidiyalar cəmi subsidiyalarda ən böyük paya (62 %) malik olacaq. Dövlət müəssisələrinə subsidiyaların azalması əsasən "Bakı Metropoliteni" QSC və "Təmiz Şəhər" ASC-yə, eləcə də Gənclər və İdman Nazirliyinə subsidiyaların azalması ilə bağlıdır. Palatanın apardığı kənar dövlət maliyyə nəzarəti tədbirləri bu istiqamətlərdə subsidiyaların azaldılmasının zəruriliyini göstərib. Geri qayıt |