Əsas Səhifə > SAĞLAMLIQ > ÜHST: Azərbaycanda yüksək patogen "quş qripi" xəstəliyi yoxdur
ÜHST: Azərbaycanda yüksək patogen "quş qripi" xəstəliyi yoxdur18-11-2024, 10:48 |
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) Azərbaycanın yüksək patogen "quş qripi" xəstəliyindən azadolma statusunu təsdiqləyib. Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, beynəlxalq təşkilat AQTA-nın ölkədə heyvan sağlamlığını və bioloji təhlükəsizliyi təmin etmək, başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərinin qarşısının alınması istiqamətində gördüyü kompleks tədbirləri nəzərə alıb. Artıq Azərbaycanla bağlı məlumatlar ÜHST-nin rəsmi internet səhifəsində Xatırladaq ki, yüksək patogen quş qripi insanlar üçün də təhlükəli olan, virus mənşəli zoonoz infeksiyalardan biridir. Hazırda dünyanın 50-dən çox ölkəsində xəstəliyin aktiv ocaqları mövcuddur. Şəffaflıq.az Geri qayıt |