Əsas Səhifə > İnfrastruktur / COP29 > Azərbaycanın paylayıcı şəbəkələrində "Smart Grid" texnologiyaları tətbiq ediləcək

Azərbaycanın paylayıcı şəbəkələrində "Smart Grid" texnologiyaları tətbiq ediləcək


16-11-2024, 12:57


"Smart Grid" (Ağıllı elektrik təchizatı şəbəkələri) texnologiyaları enerji sistemlərinin idarə edilməsində yüksək effektivlik təmin edir.

Şəffaflıq.az xəbər verir ki, bunu "Yeni Yaşma" Külək Elektrik Parkının külək turbini mühəndisi Mehdi Vəliyev COP29 çərçivəsində "Paylayıcı şəbəkələrdə "Smart Grid" texnologiyaları və BOEM inteqrasiyası, iqlim dəyişikliklərinin şəbəkələrə təsiri" mövzusunda keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, "Azərişıq" ASC, Azərbaycan paylayıcı şəbəkələrinə bu texnologiyaların inteqrasiyası vasitəsilə elektrik enerjisinin çatdırılmasında dayanıqlılığı və etibarlılığı artırmağı hədəfləyir.

“Azərişıq” ASC olaraq, Azərbaycanın enerji şəbəkəsində smart texnologiyalar və dayanıqlı enerji həllərinin tətbiqi sahəsindəki yeniliklərimizi paylaşmaqdan və COP29 tədbirində bu mövzuları dünya ictimaiyyəti ilə müzakirə etməkdən qürur duyuruq”, - deyə o əlavə edib.


Geri qayıt