Əsas Səhifə > MEDİA / COP29 > Adil Kərimli: Beynəlxalq mediada Azərbaycan haqqında mənfi imic yaradan feyk xəbərlər çoxdur
Adil Kərimli: Beynəlxalq mediada Azərbaycan haqqında mənfi imic yaradan feyk xəbərlər çoxdurBu gün, 18:05 |
Azərbaycanın hər hansı mədəniyyət nümunəsinə, tarixi abidəyə laqeydliyi müzakirə mövzusu ola bilməz. Şəffaflıq.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Bakıda COP29 çərçivəsində keçirilən mədəniyyət nazirlərinin görüşündə bildirib. O qeyd edib ki, Azərbaycan hər zaman öz mədəni irsinə, eləcə də dünyadakı tarixi mədəniyyət nümunələrinə həssas yanaşıb. Nazir bəyan edib ki, ölkə ərazisində olan bütün tarixi mədəniyyət irs nümunələri mənşəyindən asılı olmayaraq qorunur: “Beynəlxalq mediada Azərbaycan haqqında mənfi düşüncələr yaratmağa fokuslanan feyk xəbərlər çoxdur. Azərbaycan dəfələrlə beynəlxalq təşkilatları ölkə ərazisində, xüsusilə də işğaldan azad edilən ərazilərdə tarixi abidələrin vəziyyəti barədə yoxlama aparıb, sorğu keçirtmək üçün dəvət edib. Belə bir təkliflə çıxış edən ölkənin hansısa mədəniyyət nümunəsinə zərər verməsi mümkün deyil”. A.Kərimli Azərbaycanın mədənin irsinin illər boyu zərər görməsinə də münasibət bildirib. “30 illik işğal dövründə Azərbaycan mədəni irsinə ciddi ziyan dəyib. Onlardan bir çoxu dağılıb, məhv edilib. Lakin həmin abidələr artıq bərpa olunur. Bundan başqa, Azərbaycanın pozulmuş hüquqlarının müdafiəsi istiqamətində də işlər aparılır. Azərbaycanın hər hansı tarixi mədəniyyət nümunəsinə zərər verdiyini iddia edən ölkələr özlərinin törətdiyi dağıntıların və barbar siyasətin nəticələrinə baxsınlar”, - o deyib. Geri qayıt |