Əsas Səhifə > SİYASƏT > Dövlət Vergi Xidməti POS-terminallarla bağlı nəzarət tədbirlərinə başlayır
Dövlət Vergi Xidməti POS-terminallarla bağlı nəzarət tədbirlərinə başlayırBu gün, 14:48 |
Sabahdan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vertgi Xidməti POS-terminallardan istifadə ilə bağlı nəzarət tədbirlərinə başlayacaq. "Report" bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının aradan qaldırılması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı bir sıra obyektlərdə qanunvericiliyin tələblərinə baxmayaraq, ümumiyyətlə, POS-terminal quraşdırılmadığı müəyyən edilib. Noyabrın 16-dan etibarən həmin vergi ödəyiciləri ilə də bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur. Geri qayıt |