Əsas Səhifə > SİYASƏT > “Azərişıq” Dubay Elektrik və Su İdarəsi ilə elektrik sektorunda əməkdaşlığı müzakirə edib

“Azərişıq” Dubay Elektrik və Su İdarəsi ilə elektrik sektorunda əməkdaşlığı müzakirə edib


Bu gün, 13:46


“Azərişıq” ASC və Dubay Elektrik və Su İdarəsi arasında elektrik sektorunda əməkdaşlığın inkişaf perpsektivləri müzakirə olunub.

Şəffaflıq.az “Azərişığ”a istinadən xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Dubay Elektrik və Su İdarəsinin sədri Səid Məhəmməd Əl Təyyar ilə keçirilən görüşdə bildirilib.

Məlumata görə, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Azərbaycanda səfər edən Dubay Elektrik və Su İdarəsinin (DEWA) sədri Səid Məhəmməd Əl Təyyar arasında görüş keçirilib.

Bildirilib ki, qurumlar arasında yaranacaq bu əməkdaşlıq gələcəkdə hər iki ölkənin enerji təchizatının xüsusilə də, yaşıl enerjiyə keçidin sürətlə inkişaf etdirilməsinə xidmət edəcək.

Tərəflər arasında baş tutan işgüzar görüşdə həmçinin “Azərişığ”ın paytaxtda, regionlarda, o cümlədən işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi yenidənqurma işləri, gələcək layihələr barədə məlumat verilib.


Geri qayıt