Əsas Səhifə > Cəmiyyət > Bakıda dumanlı günlərin sayı niyə artıb? - RƏSMİ AÇIQLAMA

Bakıda dumanlı günlərin sayı niyə artıb? - RƏSMİ AÇIQLAMA


25-12-2019, 18:17

 "Son dövrlər Abşeron yarımadasında və Bakıda dumanlı günlərin sayı artıb".
Şəffaflıq.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
O, qatı dumanın yaranmasının səbəblərini də açıqlayıb: "Hava şəraiti anomal isti keçəndə azhərəkətli hava kütləsi yaranır və belə şəraitdə temperatur yüksəlməsi müşahidə olunur. Bu da qatı dumanın yaranması üçün zəmin yaradır".
U.Tağıyeva süni dumanın yaradılması haqqında səslənən fikirlərə də münasibət bildirərək qeyd edib ki, süni dumanın yaradılması xüsusi texnologiyalar vasitəsilə həyata keçirilir: "Düşünmürəm ki, Bakıda belə dumanın yaradılmasında kimsə maraqlı olsun. Ona görə bu barədə səslənən fikirlər əsassızdır".

Geri qayıt