Əsas Səhifə > SİYASƏT > COP29-da yerli özəl pensiya fondlarının birgə investisiya strategiyası açıqlanıb

COP29-da yerli özəl pensiya fondlarının birgə investisiya strategiyası açıqlanıb


Bu gün, 13:02


COP29 zamanı yerli özəl pensiya fondlarının investorların ehtiyacı olan kapitalı təmin etmək üçün birləşdirilməsi qərara alınıb və bu, məsləhətçilərin rolunu artıracaq.

"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın "Antea Group"nun Baş icraçı direktoru Aleks Ferguson COP29 çərçivəsində keçirilən "Keçidin gücləndirilməsi: Gələcəyin enerjisini bu gündən maliyyələşdirmək" adlı tədbirdə deyib.

"Məsələn, Avstraliya və Kanada kimi ölkələrin pensiya fondları qlobal səviyyədə daha böyük fondlarla əməkdaşlıq üçün potensiala malikdir. Bu məqamda məsləhətçilərin rolu xüsusi önəm daşıyır, çünki bu fondlar dövlət və ya özəl sektordan gələn maliyyə təşkilatlarının böyük gözləntilərini qarşılamağa çalışır.

Məsləhətçilər qlobal layihələri irəli aparmaq üçün regional xüsusiyyətləri nəzərə alaraq balans yaradaraq, layihələrin yerli şəraitdə həyata keçirilməsinə dəstək olurlar", - A. Ferguson deyib.

O, eyni zamanda, karbon təsirlərinin qlobal miqyasda həllinin vacibliyini vurğulayaraq, fərqli ölkələrin öz bilik və təcrübələrini paylaşmasının əhəmiyyətini qeyd edib: "Qlobal miqyasda problemlərin həll olunması istiqamətində iş aparılmalı və yalnız sonra alt təqəbəqələrdə həmin fəaliyyətlərin bölüşdürülməsi həyata keçirilməlidir. Fərqli ölkələri ayrı-ayrı təcrübələri və bilikləri var, onların bölüşdürülməsi vacibdir. Bununla belə bir sıra regional xüsusiyyətlər nəzərə alınmalıdır".

A. Ferguson, Böyük Britaniyanın kömür və neftdən bərpa olunan enerjiyə keçid etməsinin və köhnə infrastrukturun yenilənməsinin vacibliyini də vurğulayıb.


Geri qayıt