Əsas Səhifə > SOSİAL MÜDAFİƏ / Cəmiyyət > Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrə bayram sovqatları verilir - FOTO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrə bayram sovqatları verilir - FOTO


25-12-2019, 17:02
Heydər Əliyev Fondu tərəfindən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə respublika üzrə ünvanlı dövlət sosial yardımı alan ailələrə bayram sovqatları paylanılımağa başlanılıb.
Şəffaflıq.az Trend-ə istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində Fondun əməkdaşları və "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri dekabrın 21-dən etibarən respublika üzrə aztəminatlı ailələrə bayram sovqatları çatdırır.
Müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları dekabrın 28-dək bütün rayon və şəhərlər üzrə ünvanlı dövlət sosial yardımı alan ailələrə təqdim olunacaq.

Geri qayıt