Əsas Səhifə > Hadisə > ŞOK CİNAYƏT: "Semaşko"da 11 günlük körpə satıldı - FOTO

ŞOK CİNAYƏT: "Semaşko"da 11 günlük körpə satıldı - FOTO


25-12-2019, 16:42

"Semaşko" xəstəxanasında (1 saylı Kliniki Tibbi Mərkəz) 11 günlük körpə satılıb.
Şəffaflıq.az baku.ws-ə istinadən xəbər verir ki, hadisə 31 il əvvəl - 1989-cu ildə baş verib.
İllər öncə törədilən cinayətin üstünü ATV-nin "BizimləSən" proqramı açıb. Hər şey Elmira adlı qadının 31 il əvvəl dünyaya gətirdiyi, lakin xəstəxanada öldüyü bildirilərək əlindən alınan qızının axtarışa çıxması ilə üzə çıxıb.
Uşağı satın alan qadının baldızı həmin zaman "Semaşko"da həkim işləyib. Onun vasitəsilə hamilə olmayan gəlinləri 2 ay əvvəl xəstəxanada hamilə kimi qeydiyyata salınıb. Daha sonra onu doğuş şöbəsinə yerləşdirirlər. 11 gündən sonra, məhz Elmira xanım xəstəxanadan evə buraxılan günü uşağı o vaxt ölkəmizdə dövriyyədə olan 450 rus rubluna satırlar.
11 gün körpəsini əmizdirən anaya isə uşağın ölüm xəbərini verirlər və evə əliboş yola salırlar.
Zaur Baxşəliyev uşağı satın həkimi və alan qadını tapdıqlarını efirdə bəyan edib. Uşağı alan qadının Ağstafa rayonundan olduğunu, hazırda isə Bakıda yaşadığını bildirir.
Cinayətin detalları barədə növbəti buraxılışlarda məlumat veriləcək.

Geri qayıt