Əsas Səhifə > Hadisə > Xəzər dənizində 3,3 maqnitudada zəlzələ qeydə alınıb.

Xəzər dənizində 3,3 maqnitudada zəlzələ qeydə alınıb.


13-11-2024, 08:43


Xəzər dənizində 3,3 maqnitudada zəlzələ qeydə alınıb.

“Report”un məlumatına görə, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 3:34-də qeydə alınıb. Zəlzələ ocağı 75 kilometr dərinlikdə yerləşib.

Xatırladaq ki, son həftələr Xəzər dənizində seysmoloji aktivlik daha çox müşahidə edilir. Belə ki, oktyabrın 16-da, 18-də, 19-da, 23-də, habelə noyabrın 7-də Xəzərdə zəlzələlər qeydə alınıb.

Şəffaflıq.az 


Geri qayıt