Əsas Səhifə > XARİCİ XƏBƏR > İtki və Zərərə Cavab Fondu inkişaf etməkdə olan ölkələrə yardım göstərməyə hazırlaşır

İtki və Zərərə Cavab Fondu inkişaf etməkdə olan ölkələrə yardım göstərməyə hazırlaşır


12-11-2024, 17:49


2025-ci ildə İtki və Zərərə Cavab Fondu inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı göstərəcək.

"Report" xəbər verir ki, bununla bağlı noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) 3 sənəd imzalanıb.

Birinci sənəd Fondun qərargahının yerləşdiyi Flippinlə, ikinci sənəd Dünya Bankı ilə, üçüncü sənəd isə donor ölkələrlə imzlanıb.

Fondun 2025-ci ildən inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi göstərməsi üçün institusionallaşma işləri başa çatıb. İsveç Fonda 19,2 milyon ABŞ dolları vəsait köçürüb.

Şəffaflıq.az


Geri qayıt