Əsas Səhifə > COP29 / XARİCİ XƏBƏR > ÜST-nin baş direktoru Azərbaycanda səfərdədir

ÜST-nin baş direktoru Azərbaycanda səfərdədir


12-11-2024, 09:10


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus BMT-nin İqlim Dəyişmələri üzrə çərçivəsində Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 12-də Azərbaycan Respublikasına səfərə gəlib.

Şəffaflıq.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonaq rəsmi şəxslər tərəfindən qarşılanıb.

Xatırladaq ki, sentyabrda COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesusla iqlim dəyişikliyinin qlobal səhiyyə sistemlərinə təsiri ətrafında fikir mübadiləsi aparmışdı.


Geri qayıt