Əsas Səhifə > COP29 > Belçikanın Baş naziri Azərbaycana səfərə gəlib

Belçikanın Baş naziri Azərbaycana səfərə gəlib


11-11-2024, 09:38


Belçika Krallığının Baş naziri Aleksandr De Kro noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

Şəffaflıq.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov və digər rəsmi şəxslər qarşılayıblar.


Geri qayıt