Əsas Səhifə > ƏSAS XƏBƏR > Fransa dəmiryolçuları hökuməti müddətsiz tətillə hədələyib

Fransa dəmiryolçuları hökuməti müddətsiz tətillə hədələyib


10-11-2024, 00:01


Fransanın aparıcı dəmiryol həmkarlar ittifaqları “Fret SNCF” yük daşıma şirkətinin yenidən qurulmasına etiraz olaraq hökuməti müddətsiz tətillə hədələyiblər.

Şəffaflıq.az  xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb.

“CGT-Cheminots”, “Unsa-Ferroviaire”, “Sud-Rail” və “CFDT-Cheminots” həmkarlar ittifaqları etiraz aksiyaları keçirmək niyyətində olduqlarını bildiriblər. İlk tətil 20-22 noyabr tarixlərində keçiriləcək. İkinci tətil dekabrın 11-də başlayacaq və müddətsiz olacaq.

Məqalədə vurğulanıb ki, dəmiryolçular Fransa hökumətinin “Fret SNCF”i ləğv etmək qərarına qarşı çıxırlar. Şirkəti iki hissəyə bölmək istəyirlər: nəqliyyat daşımaları üçün “Hexafret” və lokomotivlərin texniki xidməti üçün “Technis”.


Geri qayıt