Əsas Səhifə > İnfrastruktur > Nigar Alimova vətəndaşları qəbul edib

Nigar Alimova vətəndaşları qəbul edib


7-11-2024, 10:58


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova vətəndaşları qəbul edib.

Şəffaflıq.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, qəbula gələnlər fərdi yaşayış və bağ evlərinin sənədləşdirilməsi, torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, işə qəbul və digər məsələlər barədə müraciət ediblər.

Qəbul zamanı bəzi məsələlər həllini tapıb, araşdırma tələb edən müraciətlər baxılması üçün qeydiyyata alınıb, vətəndaşlara qanunvericiliyin tələbləri izah olunub.


Geri qayıt