Əsas Səhifə > SİYASƏT > Azərbaycan səfiri Rusiya XİN başçısının müavini ilə görüşüb

Azərbaycan səfiri Rusiya XİN başçısının müavini ilə görüşüb


7-11-2024, 09:41


Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkovla görüşüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin

mətbuat xidməti bildirib.

“Noyabrın 6-da Rusiya Federasiyasının xarici işlər nazirinin müavini S.A.Ryabkov Rusiyadakı Azərbaycan səfiri R.S.Mustafayevlə görüşüb. Görüş zamanı qarşılıqlı maraq doğuran beynəlxalq gündəmin bəzi aktual aspektləri barədə fikir mübadiləsi aparılıb”, – xarici siyasət idarəsinin məlumatında diqqətə çatdırılıb.

Xatırladaq ki, noyabrın 5-də səfir R.Mustafayev etimadnaməsini Rusiya Prezidenti Vladimir Putinə təqdim edib.


Geri qayıt