Əsas Səhifə > Hadisə / Dünya > Qardaş nikahdankənar 8 aylıq hamilə bacısını qətlə yetirdi: Ailəmizi rüsvay etdin / FOTOLAR

Qardaş nikahdankənar 8 aylıq hamilə bacısını qətlə yetirdi: Ailəmizi rüsvay etdin / FOTOLAR


24-12-2019, 22:59

 ABŞ-da dəhşətli cinayət faktı qeydə alınıb.
Şəffaflıq.az xarici KİV-ə istinadən xəbər verir ki, Texas ştatında qardaş hamilə bacısını boğaraq öldürüb.
Belə ki, Viridiano Arevalo adlı 23 yaşlı qadın nikahdankınar birlikdə yaşadığı şəxsdən hamilə qalıb. Bunu öyrənən qardaş Eduardo Arevalo 8 aylıq hamilə bacısını boğaraq qətlə yetirib.
Daha sonra qətlə intihar görüntüsü vermək istəyən qardaş bacısının otağına "ölmək istəyirəm" yazılmış qeyd qoyub. Bundan başqa o bacısının itkin düşməsi ilə bağlı qəzetlərə də elan verib.
Lakin polis Viridiano Arevalonun cəsədinin tapıldığı ərazinin kamera görüntülərinə baxarkən onun qardaşı tərəfindən öldürüldüyündən şübhələnib. Dindirilmə zamanı qardaş cinayəti etiraf edib.
Onun istintaqa verdiyi ifadə isə qətlin özü qədər qandondurucu olub: "Ona görə utanc hissi keçirirdik. Ailəmizi rüsvay edib. Bu səbəbdən onun yaşamamasının lazım olduğunu düşündüm".
Qeyd edək ki, cinayətkar artıq həbs olunub.Metbuat.az


 
Geri qayıt