Əsas Səhifə > REGİON / Cəmiyyət > Şamaxı “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlaması münasibətilə mediatur təşkil olunub.-FOTO
Şamaxı “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlaması münasibətilə mediatur təşkil olunub.-FOTO24-12-2019, 22:07 |
![]() Fəaliyyətin ilk günü "ASAN" xidmət və Şamaxı rayon icra hakimiyyətinin birgə təşkilatçılığı "ASAN" radionun mediya dəstəyi ilə şamaxı "ASAN Həyat" kompleksində konsert proqramı təşkil olunub. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Şəffaflıq.az bildirir ki,bu barədə müsahibəsində “ASAN xidmət”in əməkdaşı Sona Tağıyeva məlumat verib: ![]() ![]() ![]() ![]() ![]() “ASAN Həyat” kompleksində ASAN Lounge, ABAD Food Hall, ASAN Təlim Mərkəzi, Şamaxı “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, avtobus dayanacağı, avtodayanacaq, istirahət meydançası, fəvvarə yaradılıb. ![]() ![]() ![]() ![]() ![]() Kompleksin tərkibində ASAN Təlim Mərkəzinin fəaliyyət göstərməsi nəzərdə tutulur. Mərkəz Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin kadr hazırlığını həyata keçirir. Həmçinin Dövlət Agentliyinin, mərkəzlərin, habelə ezam olunmuş digər dövlət orqanlarının əməkdaşları üçün kadr potensialının artırılması üçün təlimlər, kurslar təşkil edir. Təlimlər əməkdaşların şəxsi keyfiyyətlərinin yüksəldilməsinə, bilik və bacarıqlarının artırılmasına yönəlmişdir. Bu günə qədər 2500- dən çox təlim keçirilib. Şamaxı “ASAN Həyat” kompleksinin tərkibində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyət göstərməsi də planlaşdırılır. “INNOLAND” Azərbaycanda, eyni zamanda, onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan inkubasiya, akselerasiya və araşdırma mərkəzidir. Kompleks Smart ASAN konsepti əsasında inşa edilib. Bu konseptin tərkib hissələri isə Smart Parkinq, Ağıllı tullantı yeşikləri, Ağıllı işıq dirəkləri, Ağıllı güzgü və LoRaWAN texnologiyasıdır. “ASAN Həyat” konsepsiyası “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərini də özündə birləşdirir. Belə ki, vətəndaşlar operativ və nümunəvi xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edirlər. “ASAN Həyat” kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir. Dəyanət İsmayılov Şamaxı: Şəffaflıq.az Geri qayıt |