Əsas Səhifə > EKOLOGİYA > Azərbaycanın bəzi rayonlarında küləyin sürəti 28 m/s-yə çatır - FAKTİKİ HAVA
Azərbaycanın bəzi rayonlarında küləyin sürəti 28 m/s-yə çatır - FAKTİKİ HAVA5-11-2024, 15:05 |
Ölkə ərazisinin bəzi yerlərində noyabrın 5-i saat 15:00-a olan məlumata əsasən küləkli hava şəraiti davam edir. Şəffaflıq.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edillib ki, şimal-qərb küləyi arabir Balakəndə 28 m/s, Mingəçevir, Şəkidə 25 m/s, İsmayıllı, Tərtər, Göyçayda 22 m/-ə çatır. Bu narıncı xəbərdarlığa uyğundur. Bakıda və Abşeron yarımadasında 20 m/s, eyni zamanda Neftçalada 20 m/s, Lerik, Ağdam, Zaqatalada 18 m/s, Ceyrançöldə 16 m/s təşkil edir. Bu isə sarı xəbərdarlıq deməkdir. Geri qayıt |