Əsas Səhifə > REGİON > İran kosmosa iki peyk buraxıb
İran kosmosa iki peyk buraxıb5-11-2024, 09:45 |
İran bu gün səhər saatlarında kosmosa “Hudhud” və “Kövsər” adlı iki peyk buraxıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə məlumatı “Mehr” informasiya agentliyi yayıb. Bildirilib ki, “Kövsər” peykinin çəkisi 30 kiloqramdır. “RGB” kameraları ilə təchiz edilmiş peykdən təqribən üç il müddətində istifadə olunması nəzərdə tutulur. O, orta hesabla 3,45 metr GSD (Ground Surface Sampling Distance) fərqləndirmə qabiliyyətinə malik ilk İran peykidir. “Kövsər” kənd təsərrüfatı, xəritəçəkmə və geodeziya üçün yararlıdır, onun rəngli təsvir diapazonu 15 km, çəkiliş sürəti isə saniyədə 6 kadrdır. “Hudhud” standart peykdir. Onun missiyası darzolaqlı beynəlxalq əşyaların interneti xidmətlərinin çatdırılması üçün xüsusi platforma yaratmaqdır. Peykin xidmətlərindən ən çox kənd təsərrüfatı, nəqliyyat və logistika və ətraf mühit sahələrində istifadə olunur. Geri qayıt |