Əsas Səhifə > Dünya > Orduda qeyri-döyüş itkiləri artıb, “gizlədilmiş” itkilər üzə çıxıb... - SƏNGƏRİN O TAYINDA
Orduda qeyri-döyüş itkiləri artıb, “gizlədilmiş” itkilər üzə çıxıb... - SƏNGƏRİN O TAYINDA2-01-2019, 22:18 |
![]() Şəffaflıq.az virtualaz.org-a istinadən xəbər verir ki, hüquq müdafiəçiləri Artur Sakunts və Janna Aleksanyan ordudakı qeyri-döyüş itkilərinin artmasını komandanlığın cəzasızlığında, texniki və tibbi xidmətlərin pis hazırlığında görür. Eyni zamanda hüquq müdafiəçiləri qeyd edirlər ki, son vaxtlar təmas xəttində gərginlik azalıb və nəticədə döyüş itkiləri də qeydə alınmır. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin məlumatına görə 2018-ci ilin 9 ayı ərzində Ermənistan ordusunda və Dağlıq Qarabağdakı işğalçı qüvvələrin sıralarında 44 itki qeydə alınıb.Bunlardan 19-u Ermənistan Müdafiə Nazirliyinin hissələrinin payına düşüb, 21-i isə Dalıq Qarabağ “ordusunda” baş verib. Qalan 4 hərbçinin barəsində məlumatlar konkretləşdirilmir. Habelə hüquq müdafiə təşkilatının hesabatına əsasən cəmi 34 halda hərbçilərin ölümü barədə informasiyalar KİV-lərdə dərc edilib və ya rəsmi mənbələr tərəfindən açıqlanıb. Qalan hallarda hərbçi ölümləri ictimaiyyətdən gizli qalıb. ![]() 2017-ci ilin ilk 9 ayında isə Ermənistan silahlı qüvvələrinin sıralarında 50 ölüm halı qeydə alınmışdı ki, onlardan 21-i döyüş itkiləridir. Qalan itkilərdən 5-i xəstəlik, 8-i avtomobil qəzası hesabına baş verib. 2018-ci ilin analoji dövründə isə xəstəlikdən 9, qəzalarda isə 11 erməni hərbçisi ölüb. Artur Sakunts qeyd edir ki, bu bil ərzində qeyri-döyüş itkilərinin artması ordunun texniki hazırlığının və tibbi imkanlarının aşağı səviyyədə olması ilə əlaqədardır. Onun sözlərinə görə, Ermənistanın yeni hökumətinin qeyri-döyüş itkilərini azaltmağa yönəlmiş hansısa addımlar atdığına dair məlumat yoxdur. Habelə hüquq-müdafiəçisi orduda intizamın aşağı olduğunu qeyd edib. ![]() Onun sözlərinə görə, qeyri-döyüş itkilərinin əsas səbəbi komandan heyətinin cəzasızlığıdır. “Məsələn, elə hərbi hissə var ki, 3-4 belə itki qeydə alınıb, amma komandiri hansısa məsuliyyətə cəlb olunmayıb. Qətllərlə bağlı hallarda ancaq günahkar cəzalandırılır, komandan heyəti isə cəzasız qalır”-Aleksanyan deyib. Geri qayıt |