Əsas Səhifə > XARİCİ XƏBƏR > Türkiyə Novi Sadda baş verən faciə ilə bağlı Serbiyaya başsağlığı verib
Türkiyə Novi Sadda baş verən faciə ilə bağlı Serbiyaya başsağlığı veribBu gün, 12:02 |
Türkiyə Xarici İşlər Nazirliyi Novi Sad şəhərində baş vermiş faciə ilə bağlı Serbiyaya başsağlığı verib. Bu barədə “Report” quruma istinadən xəbər verir. “Novi Sad dəmir yolu vağzalında baş verən faciəvi olay nəticəsində insan ölümü xəbəri bizi dərindən üzdü. Həlak olanların ailələrinə və bütün Serbiya xalqına dərin hüznlə başsağlığı veririk”, – Türkiyə XİN-in bəyanatında bildirilib. Xatırladaq ki, noyabrın 1-də Novi Sadda vağzal binasının beton talvarının uçması nəticəsində 14 nəfər ölüb. Yerli KİV hadisə yerində axtarış-xilasetmə əməliyyatlarının başa çatdığını yazır. Şəffaflıq.az Geri qayıt |