Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Məşğulluq Agentliyinin göndərişi əsasında 50 nəfər Qarabağ Universitetində işlə təmin edilib

Məşğulluq Agentliyinin göndərişi əsasında 50 nəfər Qarabağ Universitetində işlə təmin edilib


1-11-2024, 14:54


Dövlət Məşğulluq Agentliyinin göndərişi əsasında 50 nəfər Qarabağ Universitetində mövcud olan vakansiyalar üzrə işlə təmin edilib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Bildirilib ki, həmin şəxslərin bir hissəsi hazırda ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdir. Daha bir qrup şəxsin də ali təhsil ocağında məşğulluğunun təminatı üçün birgə iş aparılır.

Qeyd edək ki, Qarabağ Universiteti bu günlərdə Şuşada təşkil olunan ilk əmək yarmarkasında da iştirak edərək, təhsil ocağında mövcud vakansiyaları təqdim edib.


Geri qayıt