Əsas Səhifə > MILLI MƏCLİS > Komitə sədri: Tibb sahəsindəki kadr çatışmazlığı ilə bağlı deyilənlərdə həqiqət var

Komitə sədri: Tibb sahəsindəki kadr çatışmazlığı ilə bağlı deyilənlərdə həqiqət var


Bu gün, 14:13


Deputat həmkarlarımın Azərbaycanda tibb sahəsindəki kadr çatışmazlığı ilə bağlı dediklərində həqiqət var.

Şəffaflıq.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bugünkü plenar iclasında həmkarlarının narazılıqlarına cavabında deyib.

Komitə sədrinin sözlərinə görə, dəfələrlə bu sahədə kadr çatışmazlığı, həkimlərin ixtisaslaşmasındakı problemlər, onkoloji xəstəliklərin icbari tibbi sıığorta zərfinə daxil edilməməsi kimi məsələləri səsləndirilib.

Əhliman Əmiraslanov qeyd edib ki, rayonlarda tibbi kadrların olmaması yox, çatışmaması problemi var: “Dörd il əvvəl səhiyyə sahəsinə dövlət büdcəsindən ayrılan məbləğ 870 milyon idisə, hazırda bu rəqəm icbari tibbi sığorta ilə birlikdə 3 milyardı keçib. İcbari tibbi sığorta nə qədər faydalı olsa da, burada da problemlər var".


Geri qayıt