Əsas Səhifə > Hadisə > Alimpaşa Məmmədovun həbs cəzası azaldılıb

Alimpaşa Məmmədovun həbs cəzası azaldılıb


1-11-2024, 12:21


Şəmkir rayon icra hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun növbəti Apellyasiya məhkəməsi keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə Apellyasiya Məhkəməsində keçirilən prosesdə hakim son qərar verib.

Qərara əsasən, apellyasiya qismən təmin edilib, A.Məmmədovun həbs cəzası 10 il 6 aya endirilib.

Bundan başqa, məhkəmənin qərarı ilə A.Məmmədova məxsus olduğu bildirilən "Abad Şəmkir" MMC dövlətin balansına keçirilib.

Qeyd edək ki, Alimpaşa Məmmədova Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən 11 il 6 ay həbs qərarı verilib.


Geri qayıt