Əsas Səhifə > SİYASƏT > 2024-cü ildə Azərbaycanda bələdiyyə seçkiləri keçirilməyəcək
2024-cü ildə Azərbaycanda bələdiyyə seçkiləri keçirilməyəcək1-11-2024, 11:51 |
Azərbaycanda 2024-cü ildə bələdiyyə seçkiləri keçirilməyəcək. Mərkəzi Seçki Komissiyasından (MSK) “Report”a verilən məlumata görə, bu günə qurumun iclası təyin edilməyib. Seçki Məcəlləsinin 213-cü maddəsinə uyğun olaraq digər seçkilərdən fərqli olaraq bələdiyyə seçkilərini MSK təyin edir: “Maddə 213. Bələdiyyə seçkilərinin təyin edilməsi 213.1. Bələdiyyə seçkilərini bu Məcəllənin 211.1-ci və 211.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası təyin edir”. Bundan əvvəlki bələdiyyə seçkiləri hər 5 ildən bir dekabrın 23-də keçirilib. Sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə keçirilib. Seçki Məcəlləsinin 8-ci maddəsinə uyğun olaraq Azərbaycanda seçkilər səsvermə gününə ən azı 60 gün qalmış rəsmi dərc edilir: “Maddə 8. Seçkilərin (referendumun) təyin edilməsi müddəti 8.1. Seçkilərin (referendumun) təyin edilməsi haqqında qərar (sərəncam) səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc edilir”. 2024-cü ilin sonuna qalan təqvim günlərini hesabladıqda bundan sonra elan ediləcək seçki 2025-ci ilə təsadüf edəcək. Geri qayıt |