Əsas Səhifə > SİYASƏT > QHT sədri: Dünyaya səslənərək, itkin ailələrinin hüquqlarının bərpa olunmasını tələb edirik

QHT sədri: Dünyaya səslənərək, itkin ailələrinin hüquqlarının bərpa olunmasını tələb edirik


30-10-2024, 15:35


İtkin ailələrinin əsas istəyi onlara doğmalarının aqibəti haqqında dəqiq məlumat verilməsidir.

Şəffaflıq.az məlumatına görə, bunu “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova jurnalistlərə açıqlamasında deyib.

O, itkin ailələrinin üzvləri kimi, əsas məqsədlərinin doğmalarının aqibəti haqqında dəqiq məlumat əldə etmək olduğunu bildirib:

“Biz bu harayımızın eşidilməsi üçün beynəlxalq təşkilatlara səslənirik.. Doğmalarımızın nəhayət dəfn edilmələrini, onların da bir məzarının olmasını istəyirik”.

K.Behbudova bu məsələdə itkin ailələrinin hüquqlarının 30 ildən çoxdur pozulduğunu vurğulayıb:

“Bütün dünya bu haqsızlığa göz yumur. Ümumilikdə dörd min nəfərə yaxın itkin düşmüş şəxslərin ailə üzvlərinə baxın, çəkdikləri əzab-əziyyət hər birinin gözündən oxunur. Bundan artıq dözməyə taqətimiz qalmayıb.

Ata-analarımız bu illər ərzində itkin düşən övladlarının həsrəti ilə dünyadan vaxtsız köçdülər. Biz beynəlxalq təşkilatlara, ilk növbədə BMT, Qırmızı Xaç Komitəsi və digər qurumlara, dünya birliyinə səslənərək tapdalanan hüquqlarımızın bərpa olunmasını tələb edirik”.


Geri qayıt