Əsas Səhifə > REGİON > Ermənistan MTX: Rusiya sərhədçilərinin İran və Türkiyə ilə sərhəddən çıxarılmasına dair qərar yoxdur

Ermənistan MTX: Rusiya sərhədçilərinin İran və Türkiyə ilə sərhəddən çıxarılmasına dair qərar yoxdur


28-10-2024, 19:02


Ermənistan hələlik Rusiya sərhədçilərinin Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədindən çıxarılması məsələsini qaldırmaq niyyətində deyil.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Armen Abazyan keçirdiyi brifinqdə bildirib.

"Hazırda belə bir qərar yoxdur. Erməni sərhədçiləri Türkiyə və İranla dövlət sərhədlərini mərhələli şəkildə qorumaq iqtidarındadır”, - o qeyd edib.


Geri qayıt