Əsas Səhifə > REGİON > Türkiyədə müxalif siyasətçiyə silahlı hücum olub

Türkiyədə müxalif siyasətçiyə silahlı hücum olub


28-10-2024, 14:03


Türkiyədə Zəfər Partiyasının Qaziantep rayon təşkilatının sədri Mehmet Pamuka qarşı silahlı hücum olub.

Şəffaflıq.az xəbər verir ki, bu barədə partiya sədri Ümit Özdağ “X”də yazıb.

Bildirilib ki, Qaziantepdə hotelin qarşısında hücuma məruz qalan siyasətçi yaralanıb. O, xəstəxanaya yerləşdirilib.


Geri qayıt