Əsas Səhifə > REGİON > Saakaşvili müxalifəti etirazlara çağırıb

Saakaşvili müxalifəti etirazlara çağırıb


27-10-2024, 23:09

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili hesab edir ki, müxalifətin parlament seçkilərində məğlubiyyətindən sonra kütləvi etirazların vaxtı çatıb.

Şəffaflıq.az xəbər verir ki, M.Saakaşvili bu barədə feysbukdakı səhifəsində yazıb.

"Əlbəttə, heç kim parlamentə getməməlidir. İndi başımıza kül səpməyin və aldandığımızdan narahat olmağın vaxtı deyil. İndi kütləvi etirazların vaxtıdır. Biz dünyaya göstərməliyik ki, azadlıq uğrunda mübarizə aparırıq və ədalətsizliyə dözməyəcək insanlarıq. Bir dəqiqə belə itirə bilmərik", - paylaşımda yazılıb.


Elbette kimse meclise girmesin!
Şimdi kafamıza kül döküp nasıl aldandık diye dert etme zamanı değil.
Şimdi büyük bir protesto zamanı. Dünyaya özgürlük için savaştığımızı ve adaletsizliği kabul etmeyen insanlar olduğumuzu göstermeliyiz.
Kaybedecek zaman yok!

Geri qayıt