Əsas Səhifə > REGİON > Salome Zurabişvili parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edib
Salome Zurabişvili parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edib27-10-2024, 23:00 |
Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə keçirilən parlament seçkilərinin hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” Partiyasının qələbəsi ilə nəticələnməsinin total saxtakarlıq olduğunu açıqlayıb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə S.Zurabişvili brifinqdə bildirib. “Bu gün burada ölkədə qalan yeganə müstəqil qurumun rəhbəri kimi demək istəyirəm ki, mən bu seçkiləri tanımıram”, - Zurabişvili bildirib. "Biz çox qeyri-adi bir şeyin şahidi olduq. Bu, total saxtakarlıq, sizin səslərinizin total oğurlanması, seçkiləri saxtalaşdırmaq üçün bu və ya digər ölkələrdə gördüyümüz bütün vasitələrdən istifadə edilməsi idi", - o vurğulayıb. \Şəffaflıq.az Geri qayıt |