Əsas Səhifə > REGİON > Rusiyanın Stavropol diyarında sərt eniş edən AN-2 təyyarəsinin göyərtəsində doqquz nəfər olub, onlardan dördü yaralanıb.
Rusiyanın Stavropol diyarında sərt eniş edən AN-2 təyyarəsinin göyərtəsində doqquz nəfər olub, onlardan dördü yaralanıb.27-10-2024, 22:23 |
Rusiyanın Stavropol diyarında sərt eniş edən AN-2 təyyarəsinin göyərtəsində doqquz nəfər olub, onlardan dördü yaralanıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi teleqram kanalında məlumat yayıb. "Hadisə zamanı təyyarədə aralarında 8 yaşlı uşaq da olmaqla, doqquz nəfər olub. Dörd nəfər yaralanıb, onlardan üçü xəstəxanaya yerləşdirilib. Ölənlər yoxdur", - nazirlikdən bildirilib. Hadisə yerində FHN-in 11 əməkdaşı və beş texnika işləyir. Xatırladaq ki, ötən gün Rusiyada göyərtəsində 4 nəfərin olduğu “Mi-2” helikopteri Kirov vilayətində sərt eniş edib. Hadisə zamanı 3 nəfər ölüb. Geri qayıt |