Əsas Səhifə > Dünya > Türkiyə, Azərbaycan və Gürcüstan strateji müttəfiqə çevrilir
Türkiyə, Azərbaycan və Gürcüstan strateji müttəfiqə çevrilir22-12-2019, 19:27 |
Bu ölkələr arasında səkkizinci dəfə üçtərəfli görüş keçiriləcəkTürkiyənin “Daily Sabah” qəzeti yazır ki, bazar ertəsi Tiflisdə üç ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Türkiyə, Azərbaycan və Gürcüstan rəsmilərinin görüşü olacaq. Artıq səkkizinci dəfə keçirilən bu kimi üçtərəfli görüşlər mütəmadi xarakter daşıyır. "Görüş zamanı xarici işlər nazirləri üçtərəfli əməkdaşlıqla bağlı vəziyyəti qiymətləndirəcək və son regional və qlobal inkişaf proseslərini müzakirə edəcəklər", - Türkiyə Xarici İşlər Nazirliyinin dünən verdiyi açıqlamada belə deyilir. Görüşün sonunda xarici işlər nazirlərinin ortaq bir memorandum imzalayacağı gözlənilir. Son görüş İstanbulda xarici işlər naziri Mevlüt Çavuşoğlu və azərbaycanlı həmkarı Elmar Məmmədyarov və gürcü həmkarı David Zalkalianinin iştirakı ilə keçirilmişdi. Üç ölkə arasında mövcud olan bu mexanizm regional sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə vermək, habelə iqtisadi, nəqliyyat, enerji, turizm, mədəniyyət sahəsində qarşılıqlı mübadilə və qarşılıqlı maraq doğuran digər sahələrdə təşviq olunan əməkdaşlığı inkişaf etdirməyə hesablanıb. Ötən illər ərzində Türkiyə, Azərbaycan və Gürcüstan arasındakı münasibətlər əhəmiyyətli dərəcədə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatıb, sülh və sabitliyin, davamlı inkişafın və üç xalqın rifahının təmin edilməsində mühüm rol oynayb. Üç ölkə eyni zamanda Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrini birlikdə inkişaf etdirərək enerji və nəqliyyat sahələrində də sıx əməkdaşlıq edirlər. https://www.dailysabah.com/politics/2019/12/22/foreign-ministers-of-turkey-azerbaijan-and-georgia-meet-to-boost-cooperation Geri qayıt |